Dövlət satınalmaları ilə bağlı qanun pozuntularına görə cərimələr artırıldı

Dövlət satınalmaları ilə bağlı qanun pozuntularına görə cərimələr artırıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət satınalmaları ilə bağlı inzibati məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan dəyişikliklər III oxunuşda qəbul edilib.

Dəyişikliklərə əsasən, satınalma prosedurlarının pozulmasına, nəzarət orqanının razılığı olmadan satınalmaların həyata keçirilməsinə, tenderlərin düzgün təşkil olunmamasına və digər qanun pozuntularına görə vəzifəli şəxslərə 1 500 manatdan 8 000 manata qədər cərimələr tətbiq ediləcək.

Qanuna edilən düzəlişlər satınalma proseslərinin şəffaflığını artırmaq və qanunvericiliyin tələblərinə daha ciddi riayət edilməsini təmin etmək məqsədi daşıyır.

Dostuna göndər xəbərdən agah olsun: