Yevlaxda qaz təchizatında fasilə yaranıb

Agah.az xəbər verir ki, bu gün Yevlax şəhərinin bir sıra ərazilərində qaz təchizatında fasilə yaranıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, fasilə Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən həyata keçirilən təmir işləri ilə bağlıdır. Belə ki, “Yevlax-1” qazpaylayıcı stansiyasının ölçü qovşağında aparılan texniki işlər səbəbindən Baxşəli İmanov, Bakı, Kür, Yuris Misirov, Füzuli, Pişəvəri, Nəsrəddin Tusi və Mirzə Sadıq Sadıqcan küçələrində qazın verilişi müvəqqəti olaraq dayandırılıb.
Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra bərpa olunacağı bildirilib.