Bakıda və bölgələrdə güclü külək gözlənilir

Bakıda və bölgələrdə güclü külək gözlənilir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti növbəti iki gün üçün sarı xəbərdarlıq yayıb.

Məlumata görə, fevralın 28-29-da Bakı və Abşeron yarımadası da daxil olmaqla, ölkənin bir sıra bölgələrində şimal-qərb küləyi güclənəcək. Küləyin sürətinin 13,9-20,7 m/san təşkil edəcəyi proqnozlaşdırılır.

Güclü külək Hacıqabul, Salyan, Neftçala, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Xızı, Xaçmaz, Şabran, Qusar, Sabirabad, Şirvan, İmişli, Zərdab, Ağcabədi, Göyçay, Qəbələ, Şəki, Kürdəmir, Beyləqan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Naftalan, Goranboy, Gəncə, Samux, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy və Göygöldə müşahidə olunacaq.

Əhaliyə ehtiyatlı olmaq tövsiyə edilir.

Dostuna göndər xəbərdən agah olsun: