Prokurorluq orqanlarında işləyən 2 min 300 nəfərin 524-ü qadındır

Prokurorluq orqanlarında işləyən 2 min 300 nəfərin 524-ü qadındır
Dostuna göndər xəbərdən agah olsun:

Prokurorluq orqanlarında işləyən 2 min 300 nəfərin 524-nü, yəni 22,7 faizini qadınlar təşkil edir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” adlı konfransın “Möhkəm ailə institutu güclü dövlətin və ahəngdar cəmiyyətin sarsılmaz bünövrəsidir” mövzusuna həsr edilmiş ikinci panel sessiyasında deyib.

“Prokurorluq orqanlarında çalışan 1310 nəfər prokurorluq işçisinin 127-si, yəni  9,7 faizi  qadınlardan ibarətdir. Həmçinin dövlət qulluqçusu və digər vəzifələr üzrə çalışan 990 nəfərin 397-si, yəni 40,1 faizi qadınlardır”, – o əlavə edib.

Dostuna göndər xəbərdən agah olsun: