E-Polis tətbiqinə sürücülük vəsiqəsinin dəyişdirilməsi funksiyası əlavə edildi

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin istifadəyə verdiyi E-Polis mobil tətbiqinə yeni funksiyalar əlavə olunub. Artıq vətəndaşlar sürücülük vəsiqəsini onlayn qaydada dəyişdirə biləcəklər.
Bu xidmət üçün mobil tətbiqdə “yeni müraciət” bölməsinə daxil olaraq müvafiq xidməti seçmək lazımdır. Müraciət zamanı dəyişdirmə səbəbi qeyd edilməli, şəxsiyyət vəsiqəsindəki şəkil yüklənməli və ya yenisi əlavə olunmalıdır. Dövlət rüsumu onlayn ödənildikdən sonra müraciət statusu izlənilə bilər.
Sürücülük vəsiqəsi hazır olduqda vətəndaş seçdiyi məntəqədən sənədini götürə biləcək.
Açar sözlər: E-Polis tətbiqi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, onlayn müraciət, Daxili İşlər Nazirliyi, vətəndaşyönümlü xidmətlər.