HƏMAS dörd girovun cəsədini 600 fələstinli müqabilində İsrailə təhvil verdi

HƏMAS dörd girovun cəsədini 600 fələstinli müqabilində İsrailə təhvil verdi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə HƏMAS-ın əlində olan dörd girovun cəsədini təhvil alıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi açıqlayıb ki, cəsədlər Misirin vasitəçiliyi ilə “Kerem-Şalom” keçid məntəqəsində İsrail Müdafiə Ordusuna təhvil verilib və ilkin identifikasiya prosesi başlanıb.

Bu proses çərçivəsində İsrail HƏMAS-a 600 fələstinli məhbusu qaytarıb. HƏMAS razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu və bütün girovların azad edilməsinin yalnız danışıqlarla mümkün olacağını bəyan edib.

Açar sözlər: HƏMAS və İsrail razılaşması, girovların cəsədləri, 600 fələstinli məhbus, Qəzza sektoru, Benyamin Netanyahunun ofisi, Beynəlxalq Qızıl Xaç Komitəsi.

Dostuna göndər xəbərdən agah olsun: