Qubada sosial şəbəkədə dələduzluq edən şəxslər saxlanıldı

Agah.az xəbər verir ki, Qubada sosial şəbəkə vasitəsilə dələduzluq edən iki nəfər saxlanılıb.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Telegram” sosial şəbəkəsi üzərindən kiber üsullarla vətəndaşın pul vəsaitini ələ keçirən və kriptovalyutaya çevirərək ölkə xaricinə çıxaran əvvəllər məhkum olunmuş Hafiz Hacıyev və Mədət Əliyev tutulub.
Araşdırma zamanı məlum olub ki, onlar zərərçəkmiş şəxsin 9 055 manatını dələduzluq yolu ilə əldə ediblər.
Faktla bağlı cinayət işi açılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Açar sözlər: Qubada dələduzluq, sosial şəbəkə fırıldaqçılığı, “Telegram” dələduzluğu, Quba polisi əməliyyat, Hafiz Hacıyev və Mədət Əliyev həbsi, kriptovalyuta ilə dələduzluq.