Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək həyatını itirdi

Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək həyatını itirdi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda texniki spirtdən zəhərlənmə nəticəsində daha iki nəfər dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, fevralın 24-də Sabunçu rayonu, Məmmədyarov küçəsində 44 yaşlı kişi, fevralın 25-də isə Nizami rayonu, R.Rüstəmov küçəsində 53 yaşlı kişi təcili tibbi yardıma çağırış əsasında huşsuz və qusma vəziyyətində aşkar olunub. Hər iki şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Məlumata əsasən, Sabunçu rayonu ərazisində texniki spirtdən zəhərlənərək həyatını itirənlərin sayı 18-ə çatıb.

Hazırda baş verən hadisələrlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Açar sözlər: Bakıda spirt zəhərlənməsi, texniki spirt, Sabunçu rayonu, Nizami rayonu, zəhərlənmədən ölüm, TƏBİB məlumatı, hüquq-mühafizə araşdırması.

Dostuna göndər xəbərdən agah olsun: