Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosenin istifadəyə veriləcəyi vaxt açıqlandı

Dostuna göndər xəbərdən agah olsun:

Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şose yolu gələn ilin birinci rübünə hazır olacaq.

Agah.az a  apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

“Növbəti bir neçə ildə Şuşada bütün küçə infrastrukturunu tamamilə hazır etməyi nəzərdə tutmuşuq”, – o deyib.
Aydın Kərimov əlavə edib ki, Şuşada artıq 15 tarixi abidə bərpa olunub, dörd abidə üzərində iş davam edir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)