Azərbaycanlı hərbi kursant Elvin Quluzadə vəfat edib

Azərbaycanlı hərbi kursant Elvin Quluzadə vəfat edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycanlı hərbi kursant Elvin Eldəniz oğlu Quluzadə fevralın 25-də Türkiyədə yerləşdiyi xəstəxanada vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, E.Quluzadə Rusiyada hərbi təhsil aldığı müddətdə səhhətində yaranan problemlərlə əlaqədar 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə alıb. Daha sonra, 2024-cü ilin iyulun 19-da o, müalicəsinin davamı üçün Türkiyənin Ankara Universitetinin Tibb fakültəsinin xəstəxanasına köçürülüb.

Lakin həkimlərin səylərinə baxmayaraq, hərbi kursant 2025-ci il fevralın 25-də kəskin leykemiya və reaktiv perikardit (qan xərçəngi) səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun: