Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Telefon danışığı zamanı İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkiyənin inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqət və təbrik üçün təşəkkürünü bildirib.

Dövlət başçıları Azərbaycan və Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Həmçinin, iki ölkə arasındakı əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Dostuna göndər xəbərdən agah olsun: