Bakıda qətl törədən şəxsə 12 il həbs cəzası verildi

Agah.az xəbər verir ki, Bakıda tamah məqsədilə törədilmiş qətl hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Əsədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə onun ittiham olunduğu tamah məqsədilə qəsdən adam öldürmə maddəsini qəsdən adam öldürmə maddəsinə tövsif edib. Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsə 19 il həbs cəzası verilməsini tələb etmişdi.
Xatırladaq ki, hadisə ötən il dekabrın 30-da Bakının Nəsimi rayonunda baş verib. İstintaq müəyyən edib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat borcunu ödəməkdən yayınmaq üçün ona bıçaqla xəsarət yetirərək qətlə yetirib.
Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb və Elvin Əsədova ittiham irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilib.