Fevralın 27-də hava şəraiti ilə bağlı proqnoz

Fevralın 27-də hava şəraiti ilə bağlı proqnoz
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə saatlarında qısamüddətli intensiv yağıntılar müşahidə oluna bilər. Günün ikinci yarısında qar yağışının kəsiləcəyi ehtimal edilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 1-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Ölkənin rayonlarında da bəzi yerlərdə qar yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlıq ərazilərdə isə gecə 10-20° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlama ehtimalı yüksəkdir.

Dostuna göndər xəbərdən agah olsun: