Bakıda “İdeal” şadlıq evinin fəaliyyəti dayandırıldı

Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan yoxlama nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq evində yanğın təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulduğu müəyyən edilib.
Obyektdə yanğınxəbərverici siqnalizasiya sistemi tam quraşdırılmayıb, elektrik təsərrüfatı təhlükəsizlik standartlarına uyğun deyil, odsöndürən balonların sayı yetərsizdir və digər ciddi nöqsanlar aşkarlanıb. Bu səbəbdən obyektin fəaliyyəti dayandırılıb və müvafiq qərar obyektin nümayəndəsinə təqdim edilib.