Ağcabədidə ağır yol qəzası: 1 ölü, 3 yaralı

Agah.az xəbər verir ki, Ağcabədi rayonunda yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər ağır xəsarət alıb.
Hadisə zamanı “KamAZ” markalı yük maşını ilə “Lada Priora” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1979-cu il təvəllüdlü Allahverdi Yusif oğlu İmanov hadisə yerində dünyasını dəyişib. Sərnişinlər – 1942-ci il təvəllüdlü Yusif Allahverdi oğlu İmanov, 1948-ci il təvəllüdlü Cəlilabad Əbdül oğlu Nadirov və 1972-ci il təvəllüdlü Vüqar Cəmşid oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.