Ərdoğan Xocalı soyqırımı qurbanlarını yad etdi

Ərdoğan Xocalı soyqırımı qurbanlarını yad etdi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edərək faciə qurbanlarının xatirəsini anıb.

“Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, – deyə Türkiyə lideri sosial media hesabında yazıb.

Dostuna göndər xəbərdən agah olsun: