Bakıda 15 nəfərin spirtli içkidən zəhərlənməsi araşdırılır

Bakıda 15 nəfərin spirtli içkidən zəhərlənməsi araşdırılır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev 15 nəfərin spirtli içkidən zəhərlənməsi faktı ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Baş Prokurorluğun məlumatına görə, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində 15 nəfərin ölməsi faktı üzrə Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi açılıb və ibtidai istintaq aparılır.

İlkin araşdırmalar zamanı həmin şəxslərin etil (texniki) spirtindən zəhərlənərək həyatını itirdiyi müəyyən edilib.

Dostuna göndər xəbərdən agah olsun: