Bakıda və Abşeronda qar yağacaq, yollar buz bağlayacaq

Agah.az xəbər verir ki, fevralın 26-sı axşam saatlarından 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar və qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə yağıntılar qısa müddətə intensivləşə bilər. Havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.
Gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var. Sürücülərə ehtiyatlı olmaları tövsiyə edilir.