Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanıldı, 2 min manat cərimələndi

Agah.az xəbər verir ki, Biləsuvar rayonunda qanunsuz ov edən xarici vətəndaşlar saxlanılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, keçirilən nəzarət tədbirləri zamanı Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi qanunsuz ov edərkən yaxalanıb.
Onlar barəsində inzibati protokol tərtib olunaraq hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib.