Bakıda avtomobildən 15 min avroya yaxın pul oğurlanıb

Agah.az xəbər verir ki, Bakının Binəqədi rayonu ərazisində avtomobildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, “BMW” markalı avtomobildən 3 800 manat, 14 485 avro, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar nəticəsində həmin şəxsin daha əvvəl “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları və sənədlər olan pul kisəsini oğurladığı da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam edir.