Göygöldə hamilə qadın və körpəsi doğuş zamanı vəfat etdi

Agah.az xəbər verir ki, Göygöldə hamilə qadın və bətnindəki körpəsi doğuş zamanı dünyasını dəyişib.
Məlumata görə, Kəlbəcər rayon sakini, 1990-cı il təvəllüdlü Nuranə Əlibaba qızı Cəbrayılova doğuş prosesi başladıqdan bir neçə dəqiqə sonra vəfat edib. Bətnindəki körpənin həyatını da xilas etmək mümkün olmayıb.
Yaxınlarının bildirdiyinə görə, N.Cəbrayılova hamiləlik müddətində mütəmadi olaraq xəstəxanada müayinələrdən keçib və səhhətində hər hansı bir problem qeydə alınmayıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Açar sözlər: Göygöldə faciə, hamilə qadın öldü, doğuş zamanı ölüm, Nuranə Cəbrayılova, bətnində körpə öldü, xəstəxanada ölüm hadisəsi.