Əsgər Şirxan Quliyevin ölümü ilə bağlı cinayət işi açılıb

Əsgər Şirxan Quliyevin ölümü ilə bağlı cinayət işi açılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.

Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin verdiyi məlumata görə, faktla bağlı Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, meyitin məhkəmə-tibbi ekspertizası keçirilib və digər prosessual tədbirlər icra edilib.

Hazırda Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə açılmış cinayət işi üzrə istintaq davam etdirilir. Hadisənin bütün detalları araşdırılaraq, qanunvericiliyə uyğun hüquqi qiymət veriləcək.

Dostuna göndər xəbərdən agah olsun: