Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı reyd keçirilib

Agah.az xəbər verir ki, Biləsuvar rayonunda tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktik tədbir keçirilib.
Rayon ərazisində yerləşən obyektlərdə aparılan yoxlamalar zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatlarının tullantılarını ətrafa atan 26 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Bundan əlavə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən tədbirlər zamanı Biləsuvar şəhəri ərazisində qanunsuz ağac kəsmə, Xırmandalı kəndində isə bir nəfərin qanunsuz ov etməsi faktları aşkarlanıb.
Aşkarlanan hüquqpozmalara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.