Fevralın 26-da Bakıda bəzi küçələrdə nəqliyyat məhdudlaşdırılacaq

Fevralın 26-da Bakıda bəzi küçələrdə nəqliyyat məhdudlaşdırılacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, məhdudiyyət Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində qüvvədə olacaq.

Bu səbəbdən 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrə yönləndiriləcək.

Sürücülərə əvvəlcədən hərəkət marşrutlarını planlaşdırmaları tövsiyə olunur.

Dostuna göndər xəbərdən agah olsun: