Fevralın 26-na olan hava proqnozu açıqlandı

Fevralın 26-na olan hava proqnozu açıqlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam saatlarında bəzi yerlərdə sulu qar yağacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % arasında dəyişəcək. Gecə və səhər bəzi yolların buz bağlaması gözlənilir.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava müşahidə ediləcək. Lakin səhər saatlarından etibarən dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntılar intensivləşə bilər. Bəzi bölgələrdə duman olacaq, qərb küləyi isə arabir güclənəcək.

Havanın temperaturu:

  • Aran rayonlarında gecə 1-6° şaxta, gündüz 3-7° isti;
  • Dağlıq rayonlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə isə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq.

Yollarda buzlanma davam edəcək, sürücülərə ehtiyatlı olmaları tövsiyə edilir.

Dostuna göndər xəbərdən agah olsun: