Heydər Əliyev prospektində çökən yolla bağlı rəsmi açıqlama verildi

Agah.az xəbər verir ki, Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası istiqamətində əsas yolda hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, buna səbəb prospektin altından keçən su borusunda baş verən qəza olub.
Qəza baş verdikdən sonra əraziyə AAYDA və aidiyyəti qurumların əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb. Gecə saatlarında qəzanın aradan qaldırılması üçün qazıntı işlərinə başlanılıb və hazırda təmir işləri davam edir.
Qəza tam aradan qaldırıldıqdan sonra prospektin qazılmış hissəsinin bərpası həyata keçiriləcək.
Açar sözlər: Heydər Əliyev prospekti, yol çökməsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, su borusu qəzası, hərəkət məhdudiyyəti, təmir işləri, Koroğlu metrostansiyası.