Yol polisi sürücüləri gizli buzlaşma təhlükəsinə qarşı xəbərdar etdi

Agah.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şaxtalı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə yollarda gizli buzlaşma ehtimalının artdığı və bu vəziyyətin qəza riskini yüksəltdiyi bildirilib.
Qeyd olunub ki, yolun vəziyyətini düzgün qiymətləndirməmək, sürət həddini aşmaq və ara məsafəsinə riayət etməmək yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur:
“Yüksək sürətlə hərəkət edən avtomobilin dayanma məsafəsi artır və bu da qəfil maneələr qarşısında sürücünün nəzarəti itirməsinə gətirib çıxara bilər”.
Yol polisi sürücüləri diqqətli olmağa, müəyyən edilmiş sürət həddinə riayət etməyə və təhlükəli manevrlərdən çəkinməyə çağırıb.
Açar sözlər: yol polisi, buzlaşma təhlükəsi, sürücülərə xəbərdarlıq, qarlı hava, sürət həddi, yol-nəqliyyat hadisəsi, təhlükəli manevr, Bakı Şəhər Dövlət Yol Polisi.