Bakıda kirayə qalan şəxslər bıçaqlandı – Otaq yoldaşları saxlanıldı

Bakıda kirayə qalan şəxslər bıçaqlandı – Otaq yoldaşları saxlanıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda kirayə qalan şəxslər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Birlikdə kirayədə yaşayan Rahib İsmayılov, Kamal Bayramov və Sahil Dövlətov arasında mübahisə yaranıb. Mübahisə zamanı Rahib İsmayılov otaq yoldaşları Kamal Bayramov və Sahil Dövlətova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Şübhəli şəxs qismində Rahib İsmayılov saxlanılıb və araşdırmalar davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: