Lerikdə Narkokuryer Saxlanıldı: 10 Kiloqram Marixuana Aşkar Edildi

Agah.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazov saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 10 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb və Səbuhi Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam edir.