2025-ci ilin Novruz çərşənbələrinin tarixləri

2025-ci ilin Novruz çərşənbələrinin tarixləri
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, 2025-ci ildə Novruz bayramına qədər dörd çərşənbə ardıcıl olaraq qeyd ediləcək.

Fevralın 25-də Su çərşənbəsi, martın 4-də Od çərşənbəsi, martın 11-də Yel çərşənbəsi, martın 18-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-də daxil olacaq. Bu anda gecə ilə gündüz bərabərləşir və Günəş ekvatoru keçərək Şimal yarımkürəsinə daxil olur. Həmin andan etibarən Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır.

2025-ci ilin yaz fəsli 92 gün 17 saat 40 dəqiqə 46 saniyə davam edəcək.

Açar sözlər: 2025-ci ilin Novruz çərşənbələri, Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi, İlaxır çərşənbə, yaz fəslinin başlanğıcı, gecə-gündüz bərabərliyi

Dostuna göndər xəbərdən agah olsun: