Naxçıvan-Bakı-Naxçıvan avtobus reyslərinin səhər reysləri bərpa olunur

Agah.az xəbər verir ki, sabahdan etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqamətində fəaliyyət göstərən avtobusların sadəcə səhər reysləri bərpa ediləcək.
Bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyat Agentliyi (NANA) məlumat yayıb.
Xatırladaq ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti səbəbindən fevralın 22-də bu marşrut üzrə avtobus reysləri müvəqqəti dayandırılmışdı. Hər iki istiqamətdə bütün reyslərin tam bərpası hava şəraitindən asılı olaraq tənzimlənəcək.