Bakıda yanğın: Yuxuya gedən yeniyetmə ölümdən son anda xilas oldu

Agah.az xəbər verir ki, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park-2” yaşayış massivində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 3-ü azyaşlı olmaqla 7 nəfər bina sakini təxliyə edilib. Yanğın onmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən üçotaqlı mənzildə başlayıb.
İlkin məlumata əsasən, yanğının qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisə zamanı mənzildə olan yeniyetmə qaz plitəsində yemək qızdırdıqdan sonra qazı açıq vəziyyətdə unudub və yuxuya gedib. Onun anası isə həmin vaxt işdə olub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb və alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.
Açar sözlər: Bakıda yanğın, Qaradağ rayonu yanğın, “Qobu Park-2” yanğın, yeniyetmə ölümdən qurtuldu, qaz sızması yanğın, FHN yanğın müdaxiləsi