Bakıda Narkotik Əməliyyatı: 20 Kiloqram Narkotik Vasitə Dövriyyədən Çıxarılıb

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində Bakının Nəsimi rayonunda 20 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Rayon ərazisində cari ilin əvvəlindən polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 61 fakt aşkarlanıb. Saxlanılanlardan 15 nəfərin narkotik ticarəti ilə məşğul olduğu müəyyən edilib.
Əməliyyat zamanı həmçinin əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq psixotrop tərkibli marixuana və həşiş aşkarlanıb. Şübhəli şəxs ifadəsində narkotikləri sosial şəbəkə vasitəsilə İran vətəndaşından əldə etdiyini və satmaq niyyətində olduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.