Nazirlər Kabineti ƏDV ilə Bağlı Qaydalara Dəyişiklik Edib

Agah.az xəbər verir ki, Nazirlər Kabineti ƏDV-nin ödənilməsi və depozit hesabında uçotu ilə bağlı qaydalara dəyişiklik edib.
Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan depozit hesabının rekvizitlərinin göstərilməsi tələbi ləğv edilib. Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin, kənd təsərrüfatı məhsullarının pərakəndə satışını həyata keçirənlərin və nəmin məhsulların alıcılarının elektron qaimə-fakturalarında və digər ödəmə sənədlərində ƏDV-nin depozit hesabının rekvizitlərinin qeyd edilməsi tələbi aradan qaldırılıb.
Bu dəyişikliklər vergi ödəyicilərinin hesabatlılıq prosesini sadələşdirmək məqsədi daşıyır.