Türkiyədə dəhşətli avtobus qəzası: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Türkiyənin Amasya şəhərində dəhşətli avtobus qəzası baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.

Bu barədə Amasya valiliyindən xəbər verilib.

Bildirilir ki, faciə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib.

Bundan başqa 35 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəzanın səbəbləri araşdırılır.

 

Mənbə: Hürriyet

Paylaş, agah et!