Baş nazirin müavini Samir Şərifov oğluna toy etdi – Məşhur ulduz Ani Lorak iştirak etdi

Agah.az Bizim.mediа-ya istinadən xəbər verir ki, Baş nazirin müavini Samir Şərifov oğluna toy edib.
Bakıda dəbdəbəli restoranlardan birində keçirilən məclisə tanınmış simalar və sənətçilər qatılıb. Toy mərasimində səhnəyə çıxan yerli ulduzlarla yanaşı, xüsusi qonaq qismində Rusiyada yaşayan ukraynalı məşhur müğənni Ani Lorak da iştirak edib.
Məlumata görə, gecə boyu qonaqlar üçün xüsusi proqram təşkil olunub və təntənəli məclis yadda qalan anlarla müşayiət edilib.
Açar sözlər: Samir Şərifovun oğlu, toy mərasimi, Ani Lorak Bakıda, Baş nazirin müavini, dəbdəbəli toy, tanınmış simalar