Sabunçuda spirtli içkidən 15 nəfər zəhərlənərək ölüb – Prokurorluqdan açıqlama

Sabunçuda spirtli içkidən 15 nəfər zəhərlənərək ölüb – Prokurorluqdan açıqlama
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Sabunçu rayonunda spirtli içkidən zəhərlənmə nəticəsində 15 nəfər ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 22-23 fevral tarixlərində baş verən hadisə ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

İlkin araşdırmalara əsasən, zəhərlənməyə səbəb həmin şəxslərin etil (texniki) spirt qəbul etməsi olub. Hadisə yerinə baxış keçirilib, meyitlər müayinə edilib və müxtəlif maddi sübutlar, o cümlədən tərkibində 75 və 95 % spirt olan gigiyenik vasitələrin boş şüşələri götürülüb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Zəhərlənərək ölən şəxslərin siyahısı:

  • 1975-ci il təvəllüdlü Məhərrəmov Niyaməddin Bəhram oğlu
  • 1980-ci il təvəllüdlü Həsənov Abbas Mirəsgər oğlu
  • 1981-ci il təvəllüdlü Hacıyev Elçin Nəsib oğlu
  • 1980-ci il təvəllüdlü İlhamiz Rüstəm oğlu Firuddinzadə
  • 1971-ci il təvəllüdlü Şəmmədov Yaşar Əkbər oğlu
  • 1981-ci il təvəllüdlü Rüstəmov Qurban Həmidulla oğlu
  • 1965-ci il təvəllüdlü Fərhadov Elbrus Nuruş oğlu
  • 1984-cü il təvəllüdlü Qudzev Aleksey Valeriyeviç
  • 1969-cu il təvəllüdlü Koleks Oleq Borisoviç
  • 1980-ci il təvəllüdlü Şarop Aleksandr Vladimiroviç
  • 1979-cu il təvəllüdlü Andrey Kasumov

Xatırladaq ki, bir neçə gün əvvəl Sabunçu rayonunda bir yerdə yeyib-içən dörd dost da spirtdən zəhərlənərək ölmüşdü.

Açar sözlər: Sabunçuda zəhərlənmə, spirtli içkidən ölüm, etil spirtindən zəhərlənmə, Baş Prokurorluq, Sabunçu rayon prokurorluğu, spirtli içkidən kütləvi zəhərlənmə

Dostuna göndər xəbərdən agah olsun: