Qarlı hava şəraiti Bakıda 40-dan çox avtobusa ziyan vurub

Agah.az xəbər verir ki, qarlı və şaxtalı hava şəraiti səbəbindən Bakı və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus yol qəzaları nəticəsində zədələnib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar avtobuslara ziyan vurub.
Məlumatda qeyd olunur ki, avtobus sürücülərinin peşəkarlığı sayəsində bu hadisələrdə sərnişinlər arasında xəsarət alan olmayıb. Agentlik yol hərəkəti iştirakçılarından avtobusların maneəsiz sərnişin daşımalarına şərait yaratmağı xahiş edib.
Açar sözlər: Bakı qarlı hava, avtobus qəzaları, AYNA, nəqliyyat hadisələri, sərnişin təhlükəsizliyi, fərdi nəqliyyat vasitələri