Azərbaycan elektrikli avtobusların istehsalına başlayır – İLK TARİX AÇIQLANDI

Agah.az xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkında Çinin “BYD” şirkəti tərəfindən elektrikli avtobusların istehsalına başlanılacaq.
May ayından etibarən ilk elektrikli avtobusların yığımına start veriləcək. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hacıyev bildirib ki, illik istehsal gücü 300 ədəd olan müəssisədə ilkin mərhələdə bir xətt üzrə 5 avtobusun yığılması planlaşdırılır.
Layihə iki mərhələdə həyata keçiriləcək və prosesin 2030-cu ilə qədər davam etməsi nəzərdə tutulur. Yeni elektrikli avtobuslar ilk olaraq Bakı şəhərindəki müntəzəm marşrut xətlərində, daha sonra isə digər şəhər və rayonlarda istifadəyə veriləcək.
Açar sözlər: Azərbaycan elektrikli avtobus, Sumqayıt Kimya Sənaye Parkı, BYD şirkəti, avtobus istehsalı, Bakı avtobus marşrutları, elektrik nəqliyyatı, 2025-ci il