Bakıda Qar Yağışı Davam Edir: Axşam Yollar Buz Bağlayacaq

Bakıda Qar Yağışı Davam Edir: Axşam Yollar Buz Bağlayacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında qar yağışı hələ də davam edir. Sinoptiklərin proqnozuna görə, temperaturun enməsi nəticəsində axşam saatlarında yolların buz bağlaması gözlənilir.

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün sürücülərə sürət həddinə və ara məsafəsinə diqqət etmələri, yay təkərləri ilə yola çıxmamaları tövsiyə olunur. Piyadalara isə ehtiyatlı olmaları və keçidlərdən istifadə etmələri məsləhət görülür.

Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar yolların qardan təmizlənməsi və duz səpilərək buzlanmanın qarşısının alınması üçün tədbirlər görür. Buna baxmayaraq, vətəndaşlara zərurət olmadıqca şəxsi avtomobillərdən istifadə etməmələri tövsiyə edilir.

Dostuna göndər xəbərdən agah olsun: