Bakıda və Bölgələrdə Qar Yağışı Yenidən Gözlənilir

Agah.az xəbər verir ki, fevralın 22-si axşam saatlarından etibarən ölkə ərazisində yenidən qar yağacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 20-də Bakı və Abşeron yarımadası da daxil olmaqla, bir sıra rayonlarda qar yağışı müşahidə olunub. Hazırda paytaxtda qar yağışı fasilə versə də, bəzi dağlıq ərazilərdə yağıntılar davam edir.
Sinoptiklərin proqnozlarına əsasən, qarşıdakı günlərdə hava şəraitinin yenidən şaxtalı və yağıntılı olması gözlənilir.