Türkiyədə sərnişin avtobusu aşdı: 37 yaralı

Agah.az xəbər verir ki, Türkiyənin Ərzurum vilayətinin Horasan rayonunda sərnişin avtobusu aşıb.
Hadisə nəticəsində 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.