Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Agah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Məlumata görə, qarlı, şaxtalı və çovğunlu hava şəraitinə görə magistral avtomobil yollarında görünüş məsafəsi fevralın 22-si səhərədək 1-2 km-ə qədər məhdudlaşacaq. Havanın temperaturunun isə daha 5 dərəcə enəcəyi proqnozlaşdırılır.
Nazirlik sürücüləri ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, yolların buz bağlama ehtimalı yüksəkdir və bu səbəbdən diqqətli olmaq, hava şəraiti ilə bağlı verilən xəbərdarlıqlara və tövsiyələrə əməl etmək vacibdir.