Meydan TV işi üzrə Nurlan Qəhrəmanlı barəsində həbs qərarı çıxarılıb

Agah.az xəbər verir ki, “Meydan TV” işi ilə əlaqədar saxlanılan Nurlan Qəhrəmanlı (Libre) barəsində Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.
Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Nurlan Qəhrəmanlıya 1 ay 17 gün müddətinə həbs olunması qərara alınıb.
Qeyd edək ki, Nurlan Qəhrəmanlı ötən gün saxlanılıb.