102 Zəng Mərkəzinə 417 çağırış daxil olub, zəruri köməkliklər göstərilib

102 Zəng Mərkəzinə 417 çağırış daxil olub, zəruri köməkliklər göstərilib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, ölkədə davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən 102 Zəng Mərkəzinə daxil olan 417 çağırışa baxılıb və dağ, meşə ərazilərində, eləcə də respublika əhəmiyyətli avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilib.

DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır və müraciətlərə çevik reaksiya verir. Hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları ötən gündən başlayaraq fasiləsiz xidmət göstərir. Şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş xidmət təşkil edilib. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə əlavə polis naryadları cəlb edilib, həmçinin gecə saatlarında digər dövlət orqanları ilə birgə yollar təmizlənir və qum, duz səpilir.

Dostuna göndər xəbərdən agah olsun: