Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev 2024-cü il üçün Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunması məqsədilə sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi birgə olaraq, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə alaraq yubileyə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Bəxtiyar Vahabzadə, ədəbiyyatımızın görkəmli nümayəndəsi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim olaraq həm SSRİ, həm də Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı olub. Onun 100 illik yubileyi avqust ayında qeyd ediləcək.