Bakı və Abşeron ərazisində avtobuslar kəskin hava şəraiti səbəbindən saat 21:30-dək işləyəcək

Bakı və Abşeron ərazisində avtobuslar kəskin hava şəraiti səbəbindən saat 21:30-dək işləyəcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobusların fəaliyyət saatı uzadılıb və onlar saat 21:30-dək işləyəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, sərnişinlərdən səfərlərini planlayarkən bu barədə məlumatlı olmaları xahiş edilir. Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, sərnişindaşıma fəaliyyəti gücləndirilmiş iş rejimində davam edir və bütün marşrutlarda avtobuslar sərnişin tələbatına uyğun olaraq hərəkət edir.

Eyni zamanda, yollar buzdan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilir. Hava şəraiti nəzərə alınaraq, avtobusların sürət həddi tənzimlənib, bu səbəbdən intervallarda artım müşahidə oluna bilər.

AYNA hərəkət iştirakçılarına ehtiyatlı olmağı və kəskin hava şəraiti davam etdiyi müddətdə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edir.

Dostuna göndər xəbərdən agah olsun: