Əhmədli qəsəbəsində istilik təchizatında müvəqqəti problem yaşanıb

Agah.az xəbər verir ki, “Azərenerji” ASC-nin Bakı İstilik Elektrik Mərkəzində baş vermiş qısa müddətli nasazlıq səbəbindən “Azəristiliktəchizat” ASC tərəfindən Əhmədli qəsəbəsində bəzi yaşayış binalarına verilən istilik təchizatında problemlər yaranıb.
Nasazlıq nəticəsində istilik xətlərində temperatur normadan aşağı düşüb. Lakin “Azərenerji”nin mütəxəssisləri tərəfindən görülən operativ tədbirlər nəticəsində problem aradan qaldırılıb. Hazırda istiliyin tələb olunan səviyyəyə çatdırılması üçün tənzimləmə işləri aparılır.
Qurum yaranan narahatçılığa görə istehlakçılardan üzr istəyib.