İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti audit üçün tender elan edib

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti audit üçün tender elan edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 350 manat müəyyən edilib. İddiaçılar öz təkliflərini martın 17-nə qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanına təqdim edə bilərlər. Təkliflər həmin gün saat 17:00-da dəyərləndiriləcək.

Qeyd edək ki, ötən il bu tenderin qalibi “RSM Azerbaijan” MMC olub və şirkətə 18 880 manat ödənilib.

Dostuna göndər xəbərdən agah olsun: