Bakıda və bölgələrdə qar yağacağı gözlənilir

Bakıda və bölgələrdə qar yağacağı gözlənilir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı proqnozlaşdırılır. Lakin gündüz saatlarında yağıntının müvəqqəti dayanacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənsə də, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz isə 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 70-75 % təşkil edəcək.

Bölgələrdə də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı bölgələrdə isə yağıntının intensiv olacağı bildirilir. Bəzi ərazilərdə duman müşahidə ediləcək, qərb küləyi isə arabir güclənəcək.

Rayonlarda temperatur gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq. Dağlıq ərazilərdə gecə 8-13°, yüksək dağlıq zonalarda isə 16-21° şaxta qeydə alınacaq. Gündüz saatlarında temperatur 5-8° şaxta olacaq. Bəzi yolların buz bağlama ehtimalı var.

Dostuna göndər xəbərdən agah olsun: